Ermənistan bu ölkəyə ilk dəfə səfir təyin etdi

ermenistan-bu-olkeye-ilk-defe-sefir-teyin-etdi
Oxunma sayı: 3771

Ermənistan Səudiyyə Ərəbistanına ilk səfirini təyin edib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, prezident Vaaqn Xaçaturyanın Fərmanı ilə bu vəzifə Karen Qriqoryana həvalə olunub.

K.Qriqoryan, həmçinin ölkənin BƏƏ-dəki səfiridir.   

Qeyd edək ki, Ermənistan və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr 2023-cü ilin noyabrında qurulub.