“Ermənistan cavab təklifləri hazırlayır”

ermenistan-cavab-teklifleri-hazirlayir
Oxunma sayı: 2959

“Ermənistan sülh müqaviləsi ilə bağlı cavab təkliflər paketi hazırlayır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb. 

“Ermənistanın cavab təklifləri hazırlıq mərhələsindədir”, - deyə Badalyan qeyd edib. 

Bildirilir ki, bu, sülh müqaviləsi ilə bağlı Azərbaycanın təqdim etdiyi 10-cu təkliflər paketidir və iyunda təqdim edilib.