Ermənistan daha 10 nəfərin nəşinin qalıqlarını təhvil verdi

ermenistan-daha-10-neferin-nesinin-qaliqlarini-tehvil-verdi
Oxunma sayı: 6484

“Ermənistan Birinci Qarabağ müharibəsində həlak olduğu güman edilən 10 nəfərin sümüklərini Azərbaycan tərəfinə təhvil verib”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı Ermənistanın Milli Təhlükəsizlik Xidməti yayıb.

Məlumata görə, Ermənistan, həmçinin Azərbaycana 2 xəritə təqdim edib: “Xəritələrdə daha 4 nəfərin basdırıldığı mümkün yerlər göstərilib”.

Bildirilir ki, proses dekabrın 1-i baş tutub.

Qeyd olunur ki, Ermənistan 2020-ci ilin 9 noyabrından Azərbaycana 5 xəritə və I Qarabağ müharibəsində həlak olan 140 nəfərin cəsədinin qalıqlarını təhvil verib.