Ermənistan hökuməti daxili qoşunların bölmələrini xidmət keçmələri üçün sərhədə göndərir. “Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın “Qraparak” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, “daxili qoşunlar haqda”qanuna görə, onların tapşırıqlarından biri də ölkə sərhədlərini qorumaqdır, lakin əvvəlki hökumət onlardan ancaq etiraz aksiyalarını yatırmaq üçün istifadə edib.
Məlumata görə, polis rəisi Valeri Osipyan ötən həftə sonu daxili qoşun bölmələri ilə görüşüb və Müdafiə Nazirliyinin məlum tapşırığını onlara çatıdırb. Qərarın özü isə baş nazir Nikol Paşinyana aiddir. Qəzetin yazdığına görə, təkcə bir bölmə qərara narazılığını ifadə edib.
Osipyan bildirib ki, avqustun 15-dən daxili qoşunlar sərhədlərin mühafizəsi üçün Qarabağa göndəriləcək. Həmin günlər üçün əlavə məvacib veriləcək.
Son xəbərlər
Son Xəbərlər