“Ermənistan əhalisi əzab-əziyyətdən yorulub” - Paşinyan

ermenistan-ehalisi-ezab-eziyyetden-yorulub
Oxunma sayı: 6765

“Ermənistan əhalisi mübarizədən, əzab-əziyyətdən və sağ qalmağa çalışmaqdan yorulub”.

“Qafqazinfo” “News.ru”ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan deyib.

O bildirib ki, xalqın əsl ideologiyası belədir:

“Biz artıq döyüşmək, sağ qalmaq, əziyyət çəkmək, özümüzü qurban vermək istəmirik. Sadəcə yaşamaq istəyirik”.

Onun fikrincə, dövlət “əbədi mübarizə” üçün tramplin deyil, xoşbəxtlik və rifahı təmin edən alətdir.