Ermənistan fövqəladə vəziyyət rejimini daha 1 ay uzatdı

ermenistan-fovqelade-veziyyet-rejimini-daha-1-ay-uzatdi
Oxunma sayı: 2111

Ermənistanda koronavirus pandemiyasına görə tətbiq olunan fövqəladə vəziyyət rejiminin müddəti uzadılıb.

“Qafqazinfo”nun “Sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, bu gün Ermənistan hökuməti fövqəladə iclasda fövqəladə vəziyyət rejiminin uzadılmasına dair qərar layihəsini təsdiqləyib.

Qərara əsasən, ölkədə fövqəladə vəziyyət rejiminin müddəti aprelin 14-dən mayın 14-dək artırılıb.

Qeyd edək ki, Ermənistanda 1039 nəfər koronavirusa yoluxub, 14 nəfər ölüb.

Xatırladaq ki, Ermənistanda martın 16-dan aprelin 14-dək fövqəladə vəziyyət elan olunmuşdu.