Ermənistanın şimalında Gürcüstanla sərhəddə yenidən zəlzələ olub.
“Qafqazinfo” erməni mediasına istinadən xəbər ki, saat 18:13 radələrində Şirak rayonunun Bavra kəndindən şərqdə 3,2 bal gücündə zəlzələ baş verib.
Gürcüstan mediasının məlumatına görə isə 3,9 bal gücündə zəlzələ Tbilisidən təxminən 60 kilometr məsafədə, Sameba kəndindən (Kvemo Kartli bölgəsi) 10 kilometr aralıda qeydə alınıb.
Xatırladaq ki, dünən Gürcüstanın Sameba kəndi yaxınlığında 6,2 bal gücündə zəlzələ olub.
Həmçinin oxuyun: Gürcüstandakı zəlzələ 6,2 bal gücündə olub
Son xəbərlər
Son Xəbərlər