Ermənistan-Gürcüstan sərhədində zəlzələ olub

ermenistan-gurcustan-serhedinde-zelzele-olub
Oxunma sayı: 1345

Ermənistan-Gürcüstan sərhədində 2,9 bal gücündə zəlzələ baş verib.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, mayın 2-də saat 07:29-da ərazi seysmik mühafizə xidmətinin seysmoloji şəbəkəsi tərəfindən Bavra kəndindən (Şirak rayonu) 12 kilometr şimal-şərqdə zəlzələ qeydə alınıb.

Zəlzələ ocağı 10 kilometr dərinlikdə yerləşib, yeraltı təkanların gücü 4 bal olub.

Zəlzələ Şirak rayonunun Bavra, Jrapi və Sarağyuğ kəndlərində 3 bal gücündə hiss olunub.

Xatırladaq ki, mayın 1-də axşam saatlarında Ermənistan-Gürcüstan sərhədində 4,6 bal gücündə zəlzələ baş verib. Episentrdə yeraltı təkanların gücü 6 bal olub.