“Ermənistan hərbi təxribatları dərhal dayandırmalıdır!”

ermenistan-herbi-texribatlari-derhal-dayandirmalidir
Oxunma sayı: 3789

Azərbaycan Xarici İşlər Nazirliyi bu gün Ermənistanın təxribatı nəticəsində Şuşa rayonu ərazisində mina partlayışı zamanı üç hərbçimizin xəsarət alması barədə paylaşım edib.

“Qafqazinfo” xəbər verir ki, XİN-in tviter hesabında paylaşılan məlumatda deyilir: 

“Şuşa rayonu ərazisində Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan Ordusunun hərbi yük maşını minaya düşüb, mina partlayıb və nəticədə 3 azərbaycanlı hərbçi yaralanıb. Ermənistan Azərbaycanın suveren ərazisində bütün hərbi təxribatları dərhal dayandırmalıdır!”.