Ermənistan hökuməti deputatları dincəlməyə qoymur...

ermenistan-hokumeti-deputatlari-dincelmeye-qoymur
Oxunma sayı: 749

Ermənistan parlamentinin deputatları ikinci sessiyanın bitməsinə baxmayaraq məzuniyyətə buraxılmırlar. “Qafqazinfo” xəbər verir ki, bu barədə “Past” qəzeti yazıb. 

Nəşr yazır ki, iş orasındadır ki, hökumət tezliklə yeni bir fövqəladə toplantı keçirmək təklifi ilə çıxış edəcək. Parlamentin işi 10 iyula qədər davam edəcək. 

Məlumata görə, hökumət yeni qanun layihəsi paketini hazırlayır ki, bu da payıza qədər qəbul edilməlidir.