Ermənistan hökuməti istefa verdi

ermenistan-hokumeti-istefa-verdi
Oxunma sayı: 637

“Qafqazinfo”nun məlumatına görə, Ermənistan Konstitusiyasına əsasən, ölkə prezidenti vəzifəsinin icrasına başladığı gün hökumətin istefasını qəbul etməlidir. Bundan sonra hökumət nümayəndələri yeni hökumətin heyəti formalaşana qədər vəzifələrinin icrasına davam edəcəklər.

Qeyd edək ki, Ermənistan prezidenti hökumətin istefaya getməsindən sonra 10 gün ərzində parlament çoxluğunu təmsil edən şəxsi baş nazir postuna gətirməlidir. Yeni hökumət bu təyinatdan sonra 20 gün ərzində formalaşmalıdır.