Ermənistan hökuməti özünə yeni lobbiçi tapıb?

ermenistan-hokumeti-ozune-yeni-lobbici-tapib
Oxunma sayı: 2230

Ermənistan NATO-nun keçmiş Baş katibi Anders Foq Rasmussenin mart ayında İrəvana səfəri üçün pul ödəyib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Euronews” telekanalının saytında dərc olunan “Niyə NATO-nun keçmiş Baş katibi Rusiyanın hərbi alyansının üzvü üçün lobbiçilik edir?” adı ilə dərc olunan məqalədə qeyd olunub. 

Məqalənin müəllifi olan siyasi ekspert Saul Anuzisin sözlərinə görə, Ukraynada müharibə davam etdiyi bir vaxtda, NATO-nun sülhü təmin etməli olan təşkilat olmağı şübhə doğurur.

Müəllif burada NATO-nun keçmiş Baş katibinin alyansa üzv olmayan ölkəyə elə Ermənistan tərəfindən maliyyələşdirilən səfərin suallar doğurduğunu vurğulayıb. 

Rasmussen bunu müsahibələrinin heç birində, sosial şəbəkə paylaşımlarında və media üçün nəzərdə tutulan məqalələrində qeyd etməyib: “Bu, onun statusunda olan bir şəxsə yaraşmaz”.

Anuzis qeyd edir ki, Rasmussesinin bu fikirləri qalmaqala səbəb olub: “O, səfərinə dair ən əhəmiyyətli müsahibəsində sülh perspektivləri məsələsinə toxunub və vurğulayıb ki, qonşu dövlətlə sülh sazişinin imzalanması erməni xalqına danılmaz iqtisadi faydalar qazandıracaq”.

Müəllif Rasmussenin sülhün yaxşı, iqtisadi inkişafın isə daha yaxşı olması barədə fikirlərinin sosial şəbəkələrdə erməni istifadəçilərin qəzəbinə səbəb olduğuna diqqət çəkib. İstifadəçilərdən biri isə hətta onu faktiki olaraq bunu Azərbaycan üçün etdiyi ilə günahlandırıb. 

“Ola bilsin ki, Ermənistan hökuməti doğru lobbiçi seçib”, - deyə Anuzis qeyd edib.