Ermənistan hökumətinin əməkdaşları qəzaya düşdü - 13 yaralı

ermenistan-hokumetinin-emekdaslari-qezaya-dusdu
Oxunma sayı: 2726

Ermənistan hökumətinin əməkdaşlarını daşıyan xidməti avtobus bu gün səhər saatlarında qəzaya düşüb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Hadisə nəticəsində 13 nəfər müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar xəstəxanalara çatdırılıb.

Qəzanın səbəbi hələ ki açıqlanmayıb.