Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində törətdiyi təxribat nəticəsində 4 hərbçisini itirib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, atışma nəticəsində 6 erməni hərbçi yaralanıb.
Qeyd edək ki, bu rəqəmin artacağı gözlənilir. Belə ki, meyit və yaralıların bir çoxunun ərazidən çıxarılmadığı bildirilir.
***
Ermənistan törətdiyi təxribat nəticəsində itirdiyi hərbçilərin adlarını açıqlayıb. Bunlar Artur Avetisoviç Saakyan(1999-cu il təvəllüdlü), Mkrtiç Armenoviç Arutyunyan (1989-cu il təvəllüdlü), Narek Qagik Sarkisyan (1994) və Henrix Vaçaqan Köçəryandır (1997-ci il təvəllüdlü).
Son xəbərlər
Son Xəbərlər