“Ermənistan insan tələfatına rəvac verir”- - Azərbaycan XİN

ermenistan-insan-telefatina-revac-verir-
Oxunma sayı: 1355


Nazirliyin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin “Qafqazinfo”ya daxil olan şərhini təqdim edirik:

“Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsipləri və BMT nizamnaməsi kobud şəkildə pozularaq, Azərbaycan Respublikasına qarşı təcavüz edilmiş və Azərbaycanın əraziləri işğal edilmişdir.

Ermənistan tərəfindən Azərbaycanın ərazilərinin işğalının davam etdirilməsi və işğal olunmuş ərazilərdə Ermənistan silahlı qüvvələrinin mövcudluğu yalnız neqativ fəsadlara yol aça bilər.

Ermənistan işğal olunmuş Azərbaycan ərazilərindən öz işğalçı silahlı qüvvələrini çıxarmayaraq, regionda təhlükə və gərginliyin artmasına və insan tələfatına rəvac verir.  

İşğalçı və təcavüzkar dövlət kimi buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşür”.