Ermənistan İranla sərhədi bağladı

ermenistan-iranla-serhedi-bagladi
Oxunma sayı: 3721

Ermənistan İranla quru sərhədi iki həftəliyə bağlayır.

“Qafqazinfo” Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Baş Nazir Nikol Paşinyan “Facebook” səhifəsində yazıb.

Paşinyan qeyd edib ki, qərar İranda koronavirus epidemiyasının yayılması səbəbindən qəbul edilib. Erməni Baş nazir, eyni zamanda, insanları koronavirus səbəbindən təşvişə düşməməyə çağırıb.