Ermənistan İranla sərhədi daha iki həftəliyə bağladı

ermenistan-iranla-serhedi-daha-iki-hefteliye-bagladi
Oxunma sayı: 848

Ermənistan hökuməti koronavirus təhlükəsi ilə əlaqədar İranla quru sərhədlərində məhdudiyyətin daha iki həftə uzadılmasına qərar verib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə naziri Arsen Torosyan açıqlama yayıb.

Onun sözlərinə görə, qərar martın 2-də Baş Nazir Nikol Paşinyanla görüşdən sonra verilib.

Xatırladaq ki, martın 1-də Ermənistanda koronavirusa ilk yoluxma faktı təsdiqlənmişdi. Bundan əvvvəl, fevralın 22-də Ermənistan İranla sərhədi iki həftəliyə bağlamışdı.