“Ermənistan qondarma Dağlıq Qarabağın müstəqilliyinin tanınması şərti ilə işğal etdiyi rayonları qaytara bilər”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Kommersant” Ermənistan hökumətindəki mənbəsinə istinadən məlumat yayıb:
“Ermənistan hökumətindəki yüksək vəzifəli məmur əminliklə ifadə edib ki, erməni tərəfi daha əvvəl Rusiyanın vasitəçiliyi ilə əldə edilən razılaşmanı müzakirə etməyə hazırdır”.
Mənbənin sözlərinə görə, Qarabağ ətrafındakı rayonlar erməni qüvvələri tərəfindən ona görə tutulmuşdu ki, daha sonra onları fiziki təhlükəsizliyin zəmanəti qarşılığında geri qaytarsınlar, Dağlıq Qarabağın tanınması şərti ilə.
Nə Ermənistandakı, nə də Qarabağdakı hökumət (red.qondarma) başqa cür hərəkət edə bilməz, ultimatumdan çıxarsa onları 2 saat içərisində devirərlər”.
Son xəbərlər
Son Xəbərlər