“Ermənistan işğalçı dövlətdir” - Ərdoğan

ermenistan-isgalci-dovletdir
Oxunma sayı: 3378

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan-Ermənistan sərhədində Tovuz bölgəsində yaşanan hadisələrlə bağlı növbəti dəfə açıqlama verib. 

“Qafqazinfo” Türkiyə KİV-nə istinadən məlumatına görə, Ərdoğan bildirib ki, hücum zamanı Azərbaycan haqlı olaraq öz torpaqlarının və xalqının müdafiəsinə yönəlik addımlar atıb:

"Bu addımları atarkən də biz qardaş ölkəmizi qətiyyən tək qoymarıq. Sonuna qədər onlara dəstək verəcəyik. Cənab İlham Əliyevlə də bu istiqamətdə danışıqlar aparıram. Ermənistan işğalçı dövlətdir. ATƏT-in Minsk qrupu 25-30 ildir ki, bu problemi masa üstündə saxlayıb. Buna görə də problemin bu nöqtələrə gələcəyi bəlliydi. Hazırda Ermənistan Azərbaycanın mülki nöqtələrini daim atəş altında saxlayır”.