Ermənistan İsrailin təklifindən imtina etdi

ermenistan-israilin-teklifinden-imtina-etdi
Oxunma sayı: 5515

Ermənistan İsrailin ondan silah alması təklifindən imtina edib.

“Qafqazinfo” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirinin birinci müavini David Tonayan bəyan edib.

Onun sözlərinə görə, silah almaq üçün bazar Ermənistan üçün də açıqdır, lakin Avropa İttifaqı ölkələri və ABŞ tərəfindən bəzi siyasi məhdudiyyətlər var: “Münaqişə zonasına silah satmamaqla bağlı centlmensayağı saziş var. Əlbəttə, ehtiyacdan irəli gələrək belə məhdudiyyətlə qoymayan digər ölkələrdən silah alırıq. İsrail Azərbaycana satdığı silahı bizim üçün də təklif etdi. Biz imtina etdik, çünki buna ehtiyac duymuruq”.