“Ermənistan kommunikasiyaların açılmasında maraqlıdır”

ermenistan-kommunikasiyalarin-acilmasinda-maraqlidir
Oxunma sayı: 1365

“Ermənistan Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılmasında maraqlıdır”.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Şərq İqtisadi Forumunda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Ermənistan bu məsələnin yaxın gələcəkdə Rusiyanın köməkliyi ilə həll edilməsinə ümid edir.

Paşinyan, həmçinin kommunikasiyaların açılması üzrə Üçtərəfli İşçi Qrupun işində irəliləyiş olduğunu qeyd edib.