Ermənistan Konstitusiya Məhkəməsi sədrinin evində axtarış aparılıb

ermenistan-konstitusiya-mehkemesi-sedrinin-evinde-axtaris-aparilib
Oxunma sayı: 775

Ermənistan Xüsusi İstintaq Xidmətinin əməkdaşları Konstitusiya Məhkəməsinin sədri Hrayr Tovmasyanın evində axtarış aparıblar. 

“Qafqazinfo”nun “sputnik Ermənistan”a istinadən verdiyi xəbərə görə, Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Oqancanyan məlumatı təsdiqləyib.

“Xüsusi İstintaq Xidməti tərəfindən araşdırılan cinayət işinin bir hissəsi olaraq, müstəntiqlər Hrayr Tovmasyanın evində axtarış aparırlar”, - deyə o, əlavə edib.

Qeyd olunur ki, Tovmasyana qarşı iki cinayət işi başlanılıb. O, 2019-cu ilin oktyabrında keçmiş parlament spikeri Ara Babloyanla birlikdə hakimiyyəti ələ keçirməkdə ittiham edilib. Tovmasyanın 2018-ci ilin martında Konstitusiya Məhkəməsinin başçısı seçilməsindəki pozuntulardan gedir.

O, həmçinin 2019-cu ilin dekabrında vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edilib.