Ermənistan konsulluğuna “Molotov kokteyli” atılıb

ermenistan-konsulluguna-molotov-kokteyli-atilib
Oxunma sayı: 1686

Naməlum adamlar sentyabrın 10-da Ermənistanın Kaliforniyadakı konsulluğuna “Molotov kokteyli”atıblar.

“Qafqazinfo” azadlıq.org-a istinadən xəbər verir ki, binadakı videokamera insidenti qeydə alıb. Hadisə 03:00-da baş verib. Bir nəfər binanın ətrafında dayanan maşından çıxaraq binaya yandırıcı şüşə qab atıb.
Polis gələnədək onlar hadisə yerindən qaçıblar.

Faktla bağlı araşdırma aparılır.