“Ermənistan KTMT-nin müttəfiqi olaraq qalır”

ermenistan-ktmt-nin-muttefiqi-olaraq-qalir
Oxunma sayı: 1747

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) müttəfiqi olaraq qalır”.

“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, bunu KTMT-nin Baş katibi İmanqali Tasmaqambetov deyib.

“Düşünürəm ki, Ermənistan nümayəndə heyətinin sammitdə iştirak etməməsindən hər hansı nəticə çıxarmağın mənası yoxdur”, - deyə Baş katib qeyd edib. 

Onun sözlərinə görə, Ermənistanın iştirak etməməsi texniki xarakter daşıyıb.

Xatırladaq ki, Ermənistan nümayəndə heyəti noyabrın 23-ü Minskdə keçirilən KTMT sammitində iştirak etməyib. Ermənistanın Baş naziri Nikol Paşinyan sammitdən bir müddət əvvəl Belarus Prezidenti Aleksandr Lukaşenko ilə telefon danışığı zamanı tədbirdə iştirak etməyəcəyini deyib. Bununla yanaşı, ölkənin XİN rəhbəri Ararat Mirzoyan da sammitə getməyib.