Ermənistan KTMT-nin təlimlərində iştirakdan imtina edib

ermenistan-ktmt-nin-telimlerinde-istirakdan-imtina-edib
Oxunma sayı: 2178

Ermənistan KTMT-nin Qazaxıstanda keçirilən təlimlərində iştirak etməkdən imtina edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Qazaxıstanın Müdafiə Nazirliyi yayıb.

“Ermənistan Müdafiə Nazirliyindən KTMT təlimlərində iştirak etməməklə bağlı rəsmi məlumat daxil olub. Bunu təsdiq edirik”, - deyə açıqlamada vurğulanıb.

Qeyd edək ki, sentyabrın 26-sı Qazaxıstanda KTMT-nin kollektiv qüvvələrinin təlimləri başlayıb. Təlimlər oktyabrın 8-nə qədər davam edəcək.