“Ermənistan küncə sıxışdırılmış vəziyyətdədir” - Malik Həsənov

“Ermənistan küncə sıxışdırılmış vəziyyətdədir”
Oxunma sayı: 1617

“Ermənistan silahlı qüvvələri bu gün gecə saat 1 radələrində Gəncənin mərkəzi hissəsində yerləşən dinc sakinlərin yaşayış məntəqələrini raket atəşinə tutmaqla yenidən Beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozmaqla məğlubiyyəti həzm etmədiklərinin göstəricisidir”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri millət vəkili Malik Həsənov dünən gecə Gəncədə baş verənlərlə bağlı bildirib.

“BMT, Avropa Şurası və digər nüfuzlu beynəlxalq təşkilatların qəbul etdikləri müvafiq qətnamələrdə, o cümlədən münaqişənin dinc yolla çözülməsi üçün vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun irəli sürdüyü həll variantlarında Ermənistanın işğalçı dövlət kimi təqdim olunması bunun faktiki sübutudur. Beynəlxalq hüquq müstəvisində Ermənistanın işğalçı dövlət olduğunu tam şəkildə sübuta yetirən, bu ölkə üzərində ciddi diplomatik qələbə qazanan Azərbaycanın sözügedən sahə üzrə fəaliyyətini daha da genişləndirməsi qarşı tərəfdə böyük narahatlığa, təşvişə yol açmaqdadır. Çünki Azərbaycanın uğurla həyata keçirdiyi hücumçu diplomatiya sayəsində Ermənistanın onsuz da yaxşı olmayan beynəlxalq imici daha bərbad vəziyyətə düşməkdə, onun işğalçı ölkə, terroru, soyqırımı tarix boyu siyasətinin əsas elementi olaraq istifadə etdiyindən dünya daha dolğun faktlar, sübutlar əsasında xəbərdar olur. Məsələyə diplomatiya, beynəlxalq hüquq kontekstindən yanaşıldıqda kifayət qədər aydın görünür ki, Ermənistan sözün əsl mənasında, küncə sıxışdırılmış vəziyyətdədir və bu hər dəfə bu duruma düşdüyü zaman Gəncə, Mingəçevir, Ağcabədi və digər yerlərdə yaşayan dinc əhaliyə qarşı terror aktı təşkil edirlər. Oğru və işğalçı Ermənistanın əzəlindən siyasəti bu cürə olub.

İşğalçı dövlət hərbçilərimizin mövqeyini, mülki əhalini artilleriyadan atəşə tutur, insanları qətlə yetirir, yaşayış məntəqələrini dağıdır. Artıq dünya birliyi də Ermənistanın beynəlxalq səviyyədə götürdüyü öhdəlikləri kobud şəkildə pozmaqda davam etdiyinin, sülh, atəşkəslə bağlı çağırışlara məhəl qoymadığının şahidi olur.  Biz inanırıq ki, qüdrətli ordumuz öz sözünü deyəcək və Azərbaycan Ordusu qətiyyətli siyasi liderimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bu vəzifəni inamla yerinə yetirəcəkdir! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi