“Ermənistan minalanmış ərazinin xəritəsini verməyə borcludur”

ermenistan-minalanmis-erazinin-xeritesini-vermeye-borcludur
Oxunma sayı: 1908

“Dinc əhali və əsgərlər ölür. Minalanmış sahələrin xəritəsinin təqdim edilməsi - bu gün erməni tərəfinə başlıca tələbdir. Əgər insanlar minaları elə-belə səpələyiblərsə və xəritə tərtib etməyiblərsə, mahiyyətcə bu, hərbi cinayətdir”.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Rusiya Siyasi Araşdırmalar İnstitutunun direktoru Sergey Markov Rusiyanın “Nasionalnaya slujba novostey” (“Milli xəbər xidməti”) informasiya agentliyinin mətbuat mərkəzində təşkil olunan “Rusiyalı parlamentarilərin Dağlıq Qarabağa ilk səfəri” mövzusunda “Moskva-Bakı” telekörpüsünün gedişi zamanı bildirib.

Qarabağda işğaldan azad olunmuş ərazilərin bərpasının gedişində yaranan problemlərdən danışarkən ekspert erməni tərəfinin minalanmış sahələrin xəritəsini təqdim etməsinin zəruri olmasını qeyd edib:

"Ermənistan tərəfi Rusiya sülhməramlılarına və Azərbaycan tərəfinə həmin xəritələri verməyə borcludur. Lakin onlar xəritələrin olmadığını iddia edirlər. Ermənilər tərəfdən müharibəyə qədərki dövrdə heç kəsin minaya düşdüyünü görməmişik. Onlar minaya özləri düşməmək üçün mütləq xəritəsini tərtib ediblər. Ona görə də, əminəm ki, minalanmış ərazilərin xəritəsi var".