Ermənistan MN 3 hərbçisinin yaralandığını açıqladı

ermenistan-mn-3-herbcisinin-yaralandigini-aciqladi
Oxunma sayı: 3820

Azərbaycan-Ermənistan sərhədində Tovuz istiqamətində baş verən atışmalar nəticəsində üç erməni hərbçisi yaralanıb.

"Qafqazinfo" xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan açıqlama verib. O hərbçilərin qəlpə yarası aldığını bildirib.

Qeyd edək ki, daha əvvəl Ermənistanın Müdafiə Nazirliyi atışmalar nəticəsinə cəbhə xətti yaxınlığında iki polisin yaralandığını açıqlamışdı.