Ermənistan MN-in binasındakı qadınlar vertolyotla təxliyyə olundu

ermenistan-mn-in-binasindaki-qadinlar-vertolyotla-texliyye-olundu
Oxunma sayı: 2655

Ermənistan Müdafiə Nazirliyinin bir sıra qadın əməkdaşları etirazçılar tərəfindən mühasirəyə alınan nazirlik binasından təxliyyə olunur.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sputnik Ermənistan” Müdafiə Nazirliyindəki mənbələrə istinadən məlumat verib.

İlk növbədə hamilə qadınlar, səhhətində problemi olan və ötən gecədən özünü pis hiss edən qadınlar vertolyotla təxliyyə edilib.

Qeyd edək ki, itkin düşən erməni hərbçilərin valideynləri artıq bir gündür ki, Ermənistan MN-in binasını mühasirəyə alaraq etiraz aksiyası keçirirlər. Onlar müdafiə naziri Vaqarşak Harutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyan görüş tələb edirlər.