Ermənistan Milli Təhlükəsizlik Xidməti rəsmi mövqeyindən sui- istifadə edərək bir çağırışçını hərbi xidmətdən azad edən Müdafiə Nazirliyinin əməkdaşını saxlayıb.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə Milli Təhlükəsizlik Xidmətinin Mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, R.K. adlı Ermənistan vətəndaşı xidmətə yararsız hesab edilmək üçün sağlamlıq problemlərinin olmamasına baxmayaraq, iki dəfə möhlət alıb. O, üçüncü dəfə almaq üçün Müdafiə Nazirliyində çalışan qohumu X.D.-ya müraciət edib.
MN əməkdaşı isə 3000 dollar əvəzində məsələni həll etməyə razılaşıb. X. D-nin qanunsuz əməli nəticəsində R.K. mövcud hərbi vəziyyət olmasına baxmayaraq, xidmətdən azad edilib.
Nazirliyin əməkdaşı 20 aprel tarixində üçüncü şəxs vasitəsilə 3000 dollar vəsaiti əldə edərkən saxlanılıb.
Qanunsuzluqda iştirak edən digər şəxslər də MTX-yə gətirilib.
Son xəbərlər
Son Xəbərlər