Ermənistan müdafiə naziri Moskvaya gedir

ermenistan-mudafie-naziri-moskvaya-gedir
Oxunma sayı: 1315

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan yaxın günlərdə Moskvaya səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Ermənistanın müvəqqəti Baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı məlumat verib.

O qeyd edib ki, Rusiya paytaxtında keçiriləcək danışıqların mövzularından biri də Ermənistan-Azərbaycan sərhədindəki vəziyyət olacaq.

Qeyd edək ki, bu gün Ermənistan və Rusiya müdafiə nazirləri Vaqarşak Arutyunyanla Sergey Şoyqu arasında telefon danışığı baş tutub.