Ermənistan müdafiə naziri Moskvaya getdi

ermenistan-mudafie-naziri-moskvaya-getdi
Oxunma sayı: 1331

Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan Moskvada səfərdədir.

“Qafqazinfo” xəbər verir ki, bu barədə parlamentin müdafiə və milli təhlükəsizlik komissiyasının rəhbəri Andranik Koçaryan jurnalistlərə açıqlamasında bildirib.

“Ermənistan müdafiə naziri hərbi-siyasi əməkdaşlığımız çərçivəsində Moskvada mühüm bir işgüzar səfərdədir. Geri qayıdacaq və məqsədəuyğun hesab edərsə, bəzi təfərrüatları açıqlayacaq”,- deyə o qeyd edib.