Ermənistan hökuməti Azərbaycanla sərhədin delimitasiyası komissiyalarının birgə fəaliyyəti haqqında Əsasnamənin ratifikasiyasını təsdiq edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.
Qanun layihəsi bundan sonra Konstitusiya məhkəməsinə, daha sonra isə parlamentə göndəriləcək.
Xatırladaq ki, komissiyaların birgə fəaliyyəti haqqında Əsasnamə 2024-cü il avqustun 30-u imzalanıb.