“Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!” - Türkiyə MN

ermenistan-odla-oynamagi-derhal-dayandirmalidir
Oxunma sayı: 3397

Türkiyənin Milli Müdafiə Nazirliyi bu gün Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz istiqamətində düşmənin növbəti təxribatı nəticəsində Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kiçik çavuş Məmmədov Elşən Əli oğlunun şəhid olması ilə bağlı başsağlığı yayıb.

“Qafqazinfo” xəbər verir ki, başsağlığında deyilir:

“Dağlıq Qarabağı qanunsuz olaraq işğal etmiş Ermənistan indi də Tovuz istiqamətində atəşkəsi pozaraq qəhrəman Azərbaycan əsgərimizi şəhid edib. Şəhidimizə Allahdan rəhmət, bütün azərbaycanlı qardaşlarımıza başsağlığı diləyirik! Ermənistan odla oynamağı dərhal dayandırmalıdır!".