“Ermənistan öhdəliklərini pozur” - Ceyhun Bayramov

ermenistan-ohdeliklerini-pozur
Oxunma sayı: 1603

“Ermənistanın üçtərəfli bəyanatlar əsasında üzərinə götürdüyü öhdəlikləri pozmaqda davam etməsi ciddi narahatlıq doğurur”.

“Qafqazinfo” xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclasında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Ermənistan 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatı yerinə yetirməli və silahlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxarmalıdır:

“Bölgədə bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpasında gecikmələrə son qoyulmalıdır. Bu, bütün maraqlı tərəflərə geniş iqtisadi fayda verməklə yanaşı, etimadın möhkəmləndirilməsi və münaqişədən sonrakı normallaşma tədbiridir.

Zəngəzur dəhlizinin tezliklə işə salınması bölgədə sülh və əməkdaşlığa xidmət edəcək və bütün bölgə ölkələri üçün misli görünməmiş yeni imkanlar yaradacaq”.