Ermənistan ordusu 28 ildə iki dəfə evini dağıdıb - Foto

ermenistan-ordusu-28-ilde-iki-defe-evini-dagidib
Oxunma sayı: 2813

Anadolu Agentliyi Tərtər şəhərindən daha bir reportaj hazırlayıb. “Qafqazinfo” xəbər verir ki, Türkiyə mətbuatı bu dəfə Kəlbəcərdən olan məcburi köçkün Nəzakət Quliyevanın evinin qonağı olub.

Şah qəsəbəsində yaşayan N. Quliyevanın evi Ermənistanın son hücumları zamanı yararsız hala düşüb. O, erməni qüvvələrinin 1992-ci ildə də evini talan etdiyini söyləyib.

32 yaşında Kəlbəcərdən ayrıldığını deyən Quliyeva sentyabrın 27-də evdən çıxdığını və uzaq bir ərazidəki qohumlarının yanına getdiyini, geri döndükdə otaqlardan birinin tavanının çökdüyünü gördüyünü bildirib.

O, Kəlbəcərdəki evinin oradan çıxmadan cəmi bir il əvvəl tikildiyini deyib: “Evimiz təzə idi, bir il idi ki, tikmişdik, ermənilər dağıtdı. Uşaqlarımızdan başqa heç bir şey gətirə bilmədik. Bizə burada ev verdilər, ermənilər buradakını da dağıtdı. Kəlbəcəri aldıq, şükür Allaha. Geri dönmək istəyirəm. Anamın məzarını görmək istəyirəm”.