“Qafqazinfo” xəbər verir ki, bu haqda Anspress Ermənistan mətbuatına istinadən xəbər yayıb. Məlumata görə, hadisə martın 15-16-da təmas xəttində atəşkəsin pozulması nəticəsində baş verib. Ermənistan ordusunda 3 nəfərin öldüyü bildirilir.
Amma Ermənistanın tanınmış jurnalisti Romella Mnasakanyan isə deyib ki, Ermənistan ordusu Ağdərənin Talış kəndində bu gün 10 nəfər itki verib. “Ermənistan rəhbərliyi erməni anaların qəzəbindən qorxaraq itkini gizlədir”, - deyə Romella Mnasakanyan vurğulayır.
Erməni mətbuatı həlak olmuş əsgərlərin üçünün adlarını da açıqlayıb. Bunlar 1996-cı il təvəllüdlü Hakop Xaçatryan, 1995-ci il təvəllüdlü Eduard Hayrapetyan, 1995-ci il təvəllüdlü Arşak Harutunyandır.
Son xəbərlər
Son Xəbərlər