Ermənistan ordusu daha bir itki verdi

ermenistan-ordusu-daha-bir-itki-verdi
Oxunma sayı: 2366


“Qafqazinfo” erməni KİV-nə istinadən xəbər verir ki, dünən davam edən atışmada Ermənistan Silahlı Qüvvələrinin müqaviləli hərbçisi Arman Udumyan Azərbaycan hərbçiləri tərəfindən öldürülüb. 

Müqavilə əsasında xidmət edən 1980-ci il təvəllüdlü A.Udumyan kiçik serjant olub.

Qeyd edək ki, yanvarın 21-nə keçən gecə atışma zamanı Ermənistan ordusu daha bir hərbçisini itirmişdi, biri isə ağır yaralı idi. Azərbaycan Müdafiə Nazirliyi də faktı təsdiqləmişdi.