Ermənistan ordusunda daha bir əsgər ölümü

ermenistan-ordusunda-daha-bir-esger-olumu
Oxunma sayı: 1014

Ermənistan ordusunun daha bir hərbçisi müəmmalı şəraitdə ölüb.

"Qafqazinfo" Ermənistan KİV-nə istinadən xəbər verir ki, hadisə ölkənin şimal-şərqində yerləşən hərbi hissələrdən birində baş verib. Müddətdən artıq hərbi qulluqçu, 27 yaşlı Edvard Kirakosyan dünyasını dəyişib.

Onun hansı səbəbdən öldüyü bilinmir. 

Faktla bağlı araşdırmalara başlanılıb.