Ermənistan Silahlı Qüvvələrinin döyüş mövqelərinin birində hərbi qulluqçunun cəsədi aşkar olunub.
“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə məlumatı ölkənin Müdafiə Nazirliyi yayıb.
Məlumata görə, 2002-ci il təvəllüdlü əsgər Albert Siroyan güllə yarasından ölüb. Hazırda hadisənin detalları araşdırılır.
***
Ermənistanda döyüş postunda daha bir erməni əsgərin meyiti tapılıb.
Ölkənin Müdafiə Nazirliyinin məlumatına görə, 19 yaşlı əsgər Eduard Rüstəmyan səhər saat 10:30 radələrində güllə yarası ilə tapılıb.
Hadisənin baş vermə şəraitinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.
Son xəbərlər
Son Xəbərlər