"Qafqazinfo" xəbər evrir ki, bunu Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-in sorğusuna cavab olaraq bildiriblər.
Müdafiə Nazirliyi mətbuat xidmətindən deyiblər ki, qorxu və hürkü hissi erməni hərbçiləri və onların rəhbərliyini o dərəcədə üstələyib ki, demək olar, hər tərəfdə gözlərinə “diversantlar” görünür: “Bizdə olan məlumata görə öz aralarında olan atışma nəticəsində erməni tərəfinin 2 hərbi qulluqçu ölüb və bir neçəsi yaralanıb. Sutka ərzində Azərbaycan Silahlı Qüvvələri heç bir itki verməyib”.
Bu gün erməni mətbuatı Azərbaycan tərəfinin 20-25 nəfərlik xüsusi təyinatlı ilə təxribat törətməyə cəhd etdiyi və itkilər verdiyi barədə məlumat yayıb.
Son xəbərlər
Son Xəbərlər