Ermənistan Ordusunda itkilərin sayı

ermenistan-ordusunda-itkilerin-sayi
Oxunma sayı: 1241


“Qafqazinfo” xəbər verir ki, Ermənistan ordusunda ötən il 1150 cinayət, 746 hərbi cinayət faktı qeydə alınıb və bunlardan 40-ı ölümlə nəticələnib. 

Prokurorluğun məlumatında göstərilir ki, əsgərlərdən 26-sı düşmən tərəfindən, 2-si hərbçi yoldaşı tərəfindən, 2-si minada, 1-i silahla ehtiyatsız davrandığına görə, 4-ü xəstəlikdən, 1-i qəzada, 3-ü bədbəxt hadisə nəticəsində ölüb. Yerdə qalan 2 əsgərin ölüm səbəbi isə araşdırılır.