Ermənistan ordusunda növbəti qanlı insident

ermenistan-ordusunda-novbeti-qanli-insident
Oxunma sayı: 2481

Ermənistan Silahlı Qüvvələrinin hərbi qulluqçusu əsgər yoldaşını güllələyərək öldürüb.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunur ki, hadisə mayın 4-də saat 20: 00-da hərbi hissələrin birində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü çağırışçı əsgər Artem Melkonyan əsgər yoldaşı tərəfindən açılan atəş nəticəsində ölümcül güllə yarası alıb.

Faktla bağlı araşdırma aparılır.