Ermənistan ordusunda ölümlər artır

ermenistan-ordusunda-olumler-artir
Oxunma sayı: 1893

Ermənistan ordusunda vəziyyət gündən-günə pisləşir.

“Qafqazinfo” xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyi daha bir əsgər ölümü ilə bağlı məlumat yayıb. Belə ki, hərbi hissələrin birində 2001-ci il təvəllüdlü Mqer Ovanisyan adlı əsgərin meyiti tapılıb.  O, başından aldığı güllə yarasından ölüb.

Qeyd edək ki, artıq bir neçə gündür ardıcıl olaraq Ermənistan ordusunda əsgər ölümləri xəbəri yayılır.