Ermənistan ordusunun daha bir əsgəri öldü

ermenistan-ordusunun-daha-bir-esgeri-oldu
Oxunma sayı: 5760

Ermənistanda müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu Alik Norayroviç Manukyan həlak olub. “Qafqazinfo” bildirir ki, bu barədə “Sputnik Ermənistan” ölkənin Müdafiə Nazirliyinə istinadən xəbər verib.

Qeyd olunur ki, iyulun 18-də saat 14:00-da Ermənistan Müdafiə Nazirliyinin hərbi hissəsinin cavabdeh olduğu ərazidə əsgər Alik Manukyan (2000-ci il təvəllüdlü, Vayots Dzor hərbi qeydiyyatı və qəbul idarəsi, 2019-cu il təvəllüdlü) silahla yaralanıb.

O, xəstəxanaya aparılarkən yolda ölüb.

İnsidentlə bağlı istintaq aparılır.