“Ermənistan ordusunun dəstəyi olmasa, bir gün də bizim ordunun qarşısında dayana bilməz!” - Nurlan Həsənov + Fotolar

ermenistan-ordusunun-desteyi-olmasa-bir-gun-de-bizim-ordunun-qarsisinda-dayana-bilmez
Oxunma sayı: 6930

“Bu gün Şəmkirdə seçki dairəmdə yerləşən hərbi xəstəxanada yaralı əsgərimiz Təbrizi ziyarət etdim! Təbriz ön cəbhədə şəhid Polad Həşimovla eyni yerdə çiyin-çiyinə döyüşüb! Ən böyük arzusu tezliklə sağalıb ön cəbhəyə geri qayıtmaqdır! Təbrizin danışdıqları mənə tam səmimi deməyə əsas verir ki, Azərbaycan ordusunda çox Poladlar, Mübarizlər, Vüqarlar var! Sadəcə biz onların adlarını eşitməmiş ola bilərik! Ermənistan ordusunun dəstəyi olmasa, bir gün də bizim ordunun qarşısında dayana bilməz! Əmin olun!”

“Qafqazinfo” bildirir ki, bu sözləri millət vəkili Nurlan Həsənov feysbukda yazıb. O, paylaşımını bu sözlərlə davam edib: 

“Bu gün, eyni zamanda, Tovuzun Ağdam və Dondar Quşçu kəndlərində, Ermənistanla birbaşa təmas nöqtəsində oldum! Sərhəddə 0 nöqtəsinə qədər getdim! Yerində olanları görmək, əmin olun, insana tamam başqa hiss etdirir! Mən nə edə bilərəm ki, daha çox kömək edə bilim deyə düşünürsən! Həqiqətən boşuna deyilməyib “Vətən sərhəddən başlayır”! Bəzilərimiz üçün bəlkə də məhz vətəni sevmək də sərhəddən başlayar!”

P.S. Şəkildə gördüyünüz mərmi Ermənistan ordusu tərəfindən açılmış artilleriya atəşi nəticəsində həlak olan kənd sakini, 76 yaşlı Əziz Əzizovun evində tapılan düşmən mərmisidir! Özümlə götürdüm, Paşinyana çox tərif deyənlərə göstərmək üçün!”.