Ermənistan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin ehtiyatda olan zabiti Artur Varujanoviç Qriqoryan (1985-ci il təvəllüdlü) yanğında ölüb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hadisə bu gün saat 13:20 radələrində mühafizə postunun döyüş mövqeyinin sığınacağı ilə bitişik binada naməlum şəraitdə baş verib.
Hadisənin baş vermə şəraitinin tam aydınlaşdırılması üçün araşdırma aparıldığı qeyd olunub.
Son xəbərlər
Son Xəbərlər