Ermənistan parlamenti yeni ombudsmanı seçdi

ermenistan-parlamenti-yeni-ombudsmani-secdi
Oxunma sayı: 1067

Ermənistan parlamenti ombudsman postuna hakim “Vətəndaş Müqaviləsi” partiyasından namizəd, ədliyyə nazirinin keçmiş müavini Kristina Qriqoryanı seçib.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, onun lehinə 68 deputat səs verib. Qriqoryan fevralın 23-də Arman Tatoyanın səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsinin icrasına başlayacaq.