Ermənistan parlamentində delimitasiya ilə bağlı qapalı dinləmələr keçirilir - Yenilənir

Ermənistan parlamentində delimitasiya ilə bağlı qapalı dinləmələr keçirilir
Oxunma sayı: 2872

Bu gün Ermənistan parlamentində Azərbaycanla sərhəddəki vəziyyət və demarkasiya məsələlərinə dair qapalı dinləmələr keçiriləcək.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, dinləmələrdə Baş Qərargahın sədrinin müavini Kamo Koçunç və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan iştirak edəcək. 

Parlamentin iclasında çıxış edən vitse-spiker Ruben Rubinyanın sözlərinə görə, millət vəkillərinin beşdə biri sözügedən mözvu ətrafında müzakirələr aparmağı təklif edib.

***

Ermənistan parlamentində “Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında təmas xəttində vəziyyət və delimitasiya problemləri” mövzusunda qapalı danışıqlar başlayıb. 

Ermənistanın Baş Qərargahının sədrinin müavini Kamo Koçunç və Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Arman Maralçyan görüşdə məruzələrlə çıxış edirlər. 

Sözügedən müzakirələrin təşəbbüskarları “Ermənistan” və “Şərəfim var” fraksiyalarıdır.