Ermənistan parlamentində dava düşdü - Video

ermenistan-parlamentinde-dava-dusdu
Oxunma sayı: 2724

Ermənistan parlamentində deputatlar arasında dava olub.

“Qafqazinfo” erməni mətbuatına istinadən xəbər verir ki, parlament sədrinin müavini Ruben Rubinyanın ofisində “Mülki müqavilə”nin deputatları ilə “Ermənistan” blokundan olan deputatların köməkçiləri arasında dava düşüb.

Müxalif “Ermənistan” blokunun üzvü İşxan Saqatelyanın köməkçisinin sözlərinə görə, davada deputatlar Qraçya Akopyan, Vaaqn Aleksanyan və Sisak Qabrielyan iştirak ediblər.